Modern.az

Müdafiə Nazirliyi: “Hərbi hissələrdə  müasir tipli kondisionerlər quraşdırılıb”

Müdafiə Nazirliyi: “Hərbi hissələrdə  müasir tipli kondisionerlər quraşdırılıb”

Ölkə

23 İyul 2016, 16:37

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir.

 

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.


Görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir tipli kondisionerlər quraşdırılıb.

 

Eyni zamanda şəxsi heyətin günəş şüalarından daldalanması üçün hərbi hissələrin ərazisində müvəqqəti kölgəliklər və su duşları quraşdırılıb, hərbi qulluqçular qablaşdırılmış içməli su ilə daim təmin olunurlar.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar