Modern.az

ABŞ nümayəndə heyəti bədii gimnastika yarışlarının təşkilindən məmnundur

ABŞ nümayəndə heyəti bədii gimnastika yarışlarının təşkilindən məmnundur

23 İyul 2016, 16:51

Amerika gimnastları və məşqçiləri bədii gimnastika üzrə Dünya Kubokunun təşkilindən çox məmnundurlar.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə amerikan gimnast Laura Zenq bildirib.

Onun sözlərinə görə, Bakıda çıxış etmək çox xoşuna gəlib: "Mən Bakıda ilk dəfəyəm. Lakin həm şəhər, həm də burada çıxış etmək çox xoşuma gəlir".

 

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir.

 

Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır.

 

Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi