Modern.az

Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala çıxdı

Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala çıxdı

23 İyul 2016, 17:11

Bakıda Bədii Gimnastika  üzrə Dünya Kubonun 2-ci yarış günü davam edir.

 

Modern.az-ın məlumatına görə, M.Durunda təsnifatda 18.500 bal toplayaraq 5-ci yeri tutub ki, bu da onun finala yüksəlməsini təmin edib.

 

Beləliklə, təmsilçimiz sabah iki finalda - topla və lentlə hərəkətlər üzrə finallarda çıxış edəcək. Gürzlərlə çıxışların nəticəsinə görə M.Durunda 17.000 balla 13-cü yeri tutub.

 

Digər azərbaycanlı gimnast Jalə Piriyeva isə lentlə hərəkətlərdə 17.350, gürzlərlə hərəkətlərdə isə 16.750 bal toplayaraq müvafiq olaraq 14 və 18-ci yerlərdə qərarlaşıb.


Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir.

 

Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır.

 

Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

 

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir