Modern.az

Yerevanda polisləri girovluqdan azad edənlər  təslim olmayacaq

Yerevanda polisləri girovluqdan azad edənlər  təslim olmayacaq

23 İyul 2016, 20:02

Yerevandakı polis məntəqəsində girov saxladıqları polislərin hamısını sərbəst buraxan silahlı müxalifətçilər gələcək planlarından danışıblar. Modern.az Rusiya mediasına istinadən bildirir ki, onlardan biri müsahibə də verib.

“Biz bütün girovları buraxdıq. Onlar artıq evlərindədirlər. Biz onları incitmədik və döymədik, onlara qarşı çox ehtiyatla yanaşmışıq. Burada axıracan qalacağıq, silahımızı təhvil verməyə hazırlaşmırıq”, - müxalifətçi deyib.

O əlavə edib ki, o və tərəfdarları heç kimdən qorxmurlar. Əgər hücum başlayarsa, döyüşməyə hazırdırlar. Ancaq qeyd edib ki, müxalifətçilər üçün öz həmvətənlərinə atəş açmaq olduqca acınacaqlıdır, buna görə də onlar öz qardaşları ilə vuruşmaq istəmirlər.

Bundan əlavə, o qeyd edib ki, onlar polisi öldürmək istəyiblər, guya onlara ilk atəşi o açıb və bir neçə basqınçını yaralayıb. Bundan sonra polis yaralanaraq yoxa çıxıb.

Polis məntəqəsini ələ keçirənlər Ermənistan prezidenti Serj Sərkisyanın istefasını tələb edir, eləcə də qanunsuz silah əldə etmə və saxlamaqda təqsirkar bilinərək həbsdə saxlanılan radikal “Yeni Ermənistan” İctimai qurtuluş cəbhəsi müxalifət lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

İyulun 17-də bir qrup silahlı Yerevan polisinin post-patrul alayına hücum edərək oradakı əməkdaşları girov götürüblər. Polislərdən biri, alayın komandir müavini Artur Vanoyan hücum zamanı ölüb. Daha dörd polis – polkovnik Aram Ovannisyan, podpolkovnik Qraç Xosteqyan, kiçik polis zabiti Qqik Mkrtçyan, operator Robert Ayrapetyan, eləcə də hücumda iştirak edənlərdən biri Tatul Tamrazyan yaralanıblar. Sonuncunun vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib.

İyulun 23-də girovluqda qalan 4 polis – o cümlədən Ermənistan polisinin rəis müavini Vardan Eqizaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyan azad buraxılıblar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir