Modern.az

Yanan mənzildə ev sahibinin asılmış meyiti  tapılıb

Yanan mənzildə ev sahibinin asılmış meyiti  tapılıb

23 İyul 2016, 20:58

Tovuzda iki evdə yanğın olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisələr rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanğınlardan biri şəhər sakini Vidadi Allahverdiyevə məxsus evdə baş verib.  Hadisə yerinə gələn 3 yanğınsöndürmə avtomobili və canlı qüvvənin səyi nəticəsində alov söndürülüb.

Qeyd edək ki, evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.

Yanğın iki mərtəbəli 6 otaqlı evin 80 kvadratmetr sahəsini yararsız hala salıb.

Başqa bir yanğın hadisəsi isə Qovlar şəhərində Xəqani Əsgərovun mənzilində aşkar olunub. Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib. Evin 40 kvadratmetr sahəsi yanaraq sıradan çıxıb.

Qeyd edək ki, X. Əsgərov DYP-nin Tovuz rayonunda yerləşən 10 saylı Rayonlararası Qeydiyyat və İmtahan Şöbəsinin rəisidir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir