Modern.az

Diaspor lideri azərbaycanlı biznesmeninin sürücüsünü şəxsən güllələyib

Diaspor lideri azərbaycanlı biznesmeninin sürücüsünü şəxsən güllələyib

Dünya

23 İyul 2016, 22:09

Moskvada “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı biznesmen Qeys Məmmədovun sürücünün qətli işi üzrə sensasion detallar üzə çıxıb. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, Məmmədovun sürücüsünü öldürüb yataq kisəsinə qoyan və Moskva çayına tullayanlar Rusiya paytaxtındakı osetin icmasının lideri, habelə onun Moskva Beynəlxalq Münasibətlər İnstitutunda oxuyan oğullarıdır. Üstəlik, məlum olub ki, icma lideri sürücünü şəxsən güllələyib.

 

Xatırladaq ki, bu səs-küylü cinayət hadisəsi bir neçə gün əvvəl baş verib. İyulun 9-da Moskva çayında yataq dəstinə bükülmüş cəsəd aşkarlanıb. Hüquq-mühafizə orqanları daha sonra müəyyən ediblər ki, öldürülən şəxs “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibinin sürücüsüdür.

 

İstintaq tədbirləri nəticəsində müəyyən olunub ki, bu qətli törədənlər Moskvadakı osetin icmasının lideri Valeri Kabolov və onun 24 yaşlı oğlu İnaldır. Əvvvəlcə belə versiya irəli sürülüb ki, onlar Qeys Məmmədovun sürücüsünün qətli üçün killer tutublar. Daha sonr KİV-lər yazıblar ki, sürücünü Kabolovun 20 yaşlı digər oğlu Vladimir güllələyib. Qətlin səbəbi biznesin və Moskvada daşınmaz əmlakın bölüşdürülməsi uğrunda osetinlər və azərbaycanlılar arasında gedən münaqişədir.

 

Lakin bu gün life.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, restoranlar kralı Məmmədovun sürücüsünü şəxsən Valeri Kabolov güllələyib. Kabolov qətli törətdikdən sonra oğlanlarına əmr edib ki, cəsədi aparıb atsınlar.

 

Anzor A. Adlı sürücü Məmmədovun yaxın dostu olub və onun biznesinin idarə edilməsində mühüm rola malik idi. Bildirilir ki, Kabolov onu  Kutuzovsk prospektindəki mənzilə söhbət adı altında çağırıb və orada qətlə yetirib. Bundn sonra Kabolov MQİMO-da oxuyan oğullarına əmr edib ki, cəsədi atsınlar. Cəsədin ayağına qantel bağlayıblar və çaya atıblar. Bu səs-küylü qətl üzrə istintaq davam edir.

 

“Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi Məmmədov Qeys Xalid oğlu Gürcüstan əsillidir, Rusiyada tanınmış iri biznesmendir. Onun Rusiyanın bir çox şəhələrində eyni adda restoranları var.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir