Modern.az

Çevrilişə görə Türkiyədə 13 min nəfər saxlanılıb

Çevrilişə görə Türkiyədə 13 min nəfər saxlanılıb

24 İyul 2016, 01:05

“Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır, Ancaq zəruri hal yaranarsa bu addım atıla bilər”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

 

Binali Yıldırımın sözlərinə görə, dövlət çevrilişi cəhdindən sonra Türkiyədə 13 min nəfər saxlanılıb.

 

Qeyd edək ki, Türkiyədə çevriliş cəhdindən sonra üç aylıq fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə elan edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu qərar demokratiyanın, insan hüquq və azadlıqlarına zərər vurmayacaq, əksinə, onları daha da gücləndirəcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir