Modern.az

“Münhen atıcı”sının 9 qurbanından 7-si müsəlman olub - SİYAHI

“Münhen atıcı”sının 9 qurbanından 7-si müsəlman olub - SİYAHI

24 İyul 2016, 19:35

İyulun 22-də Almaniyanın Münhen şəhərində 9 nəfərin ölümü ilə nəticələnən hadisə qurbanların 7-nin müsəlman olduğu üzə çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bavariya polisinin rəisi Robert Haymberger məlumat verib.

 

 

Onun sözlərinə görə, qurbanlardan 14 yaşlı Armela Seqaşi, Sabina Sulaj, 21 yaşlı Camant Zaberja Kosovo vətəndaşları, 14 yaşlı Can Leyla, Selçuk Kılıç, 45 yaşlı Sevda Dağın Türkiyə vətəndaşı və 19 yaşlı türk əsilli Hüseyn Dayıcıkın Yunanıstan vətəndaşı olması üzə çıxıb.

 

 

Xatırladaq ki, hadisəni 18 yaşlı İran əsilli Almaniya vətəndaşı Əli Sonboli olduğu üzə çıxıb. O, cinayəti törətdikdən sonra intihar edib.

 

 

Vüqar İSMAYILOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi