Modern.az

Keçmiş deputat intihar edib

Keçmiş deputat intihar edib

Dünya

24 İyul 2016, 20:04

Türkiyə siyasətində 1 ayda üç partiya dəyişdirməsi ilə xatırlanan Kubilay Uygun İstanbuldakı otellərdən birində intihar edib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, o 20-ci dönəmdə Afyonkarahisardan millət vəkili seçilib.

Maddi sıxıntılar yaşadığı irəli sürülən Uyğunun ailəsinə saxladığı məktubda  “İntihar etdiyim silahımı satın, otelin pulunu ödəyin”  yazdığı məlum olub.

Uyğun 1995-ci ildə keçirilən 20-ci dönəm deputatlıq seçkilərində məmləkəti Afyonkarahisardan Demokratik Sol Partiyadan (DSP) millət vəkili seçilərək məclisə daxil olmuşdu. Sonra 1996-cı ildəki partiya dəyişmələri ilə gündəmə gələn Uyğun millət vəkili olaraq sırası ilə Demokratik Sol Partiyasında, Doğru Yol Partiyasında  və Milliyyətçi Hərəkat Partiyasında siyasətlə məşğul olub. O, xalq deputatlığından əvvəl isə CHP və ANAP-a da üzv olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir