Modern.az

Prezidentin qohumları ABŞ-a narkotik aparanda tutuldular

Prezidentin qohumları ABŞ-a narkotik aparanda tutuldular

24 İyul 2016, 20:17

Venesuela prezidentinin arvadı Ciliya Floresin bacısı oğlanları ABŞ-a külli miqdarda kokain aparmağa cəhd etdiklərini boyunlarına alıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, etirafedici ifadəni 29 yaşlı Efran Antonio Kampo Flores verib.

O, bildirib ki, 30 yaşlı Fransisk Flores de Freytasla pul qazanmaq üçün Amerika ərazisinə kokain keçirməyi planlaşdırıblar.

Onlar həmin narkotiki vasitəçilərdən, o isə “Kolumbiya inqilabi hərbi qüvvələri”nin kolumbiyalı üsyançılarından alıb. Kampo Floresin sözlərinə görə, ilk dəfə narkotik keçirəndə 5 milyon dollar qazanc əldə olunmalı idi ki, bunun da 560 mini onun özünün şəxsi gəliri olacaqdı.

Amerika prokurorluğu təsdiqləyir ki, Venesuela prezidentinin arvadının bacısı oğlanları bu ölkəyə ümumi dəyəri 20 milyon dollar olan narkotiki bir neçə dəfəyə keçirməli idilər. Onlar başqa şəxslərlə Honduras vasitəsilə ABŞ-a 800 kiloqram kokain yollamaqla bağlı işbirliyində də ittiham olunurlar.

Gənclər 2015-ci ilin noyabr ayında Haitidə tutulublar. Sonradan onlar qanunusuz narkotik dövriyysəində şübhəli bilinərək həbs ediliblər. Araşdırmanı Nyu-York, Vaşinqton və Mayami birlikdə aparır. Narkotik trafikində Venesuela polisi və hökumətinin, silahlı qüvvələrinin yüksək vəzifəlilərinin də əli olduğu iddia edilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir