Modern.az

Samaxıda boğulan üç yeniyetmənin şəxsiyyəti müəyyənləşib

Samaxıda boğulan üç yeniyetmənin şəxsiyyəti müəyyənləşib

24 İyul 2016, 20:40

Şamaxıda göldə boğularaq dünyasını dəyişən 3 nəfər yeniyetmə oğlanın şəxsiyyəti müəyyən edilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.

Onların Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir.  Hadisənin ilkin təfərrüatları məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən  birinin ayağı sürüşərək suya yıxılıb.  Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir