Modern.az

Kassirin başı qarışanda mağaza qarət edilib

Kassirin başı qarışanda mağaza qarət edilib

24 İyul 2016, 20:56

Bakıda mağazalardan birindən xeyli pul oğurlanıb.  Modern.az saytı Lent.az-a istinadən xəbər verir ki, bu barədə 39-cu Polis Bölməsinə 1983 cü il təvəllüdlü Babayev Ceyhun Nəsrulla oğlu məlumat verib. O, bildirib ki, Bül-Bül prospekti 10 ünvanında, Sahil metrostansiyasının yanında yerləşən, sahibi olduğu “Sahil” marketdən 850 manat oğurlanıb.

Günorta saatlarında kassirin digər şəxslərlə söhbət etməsindən istifadə edən naməlum şəxs kassada olan 850 AZN pulu oğurlayıb.

Müraciət əsasında araşdırma aparılır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər