Modern.az

Türkiyədə eyvandan yıxılan müğənni öldü

Türkiyədə eyvandan yıxılan müğənni öldü

24 İyul 2016, 21:28

Türkiyənin arabesk musiqi sənətçisi Hüseyn Altın evinin eyvanından yıxılaraq vəfat edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, mügənni dərhal Gaziosmanpaşa xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1958-ci ildə Ərzurumda doğulan Hüseyn Altın Türkiyədə ilk uşaq sənətçi olaraq tanınıb. “Neden saçların beyazlanmış arkadaş?”, “Dargınım”, “Hasret akşamları” adlı mahnıları ilə məşhurlaşmış ifaçı “Şerefimle yaşarım”, “Hor görme garibi”, “Aşk sürgünü”, “Gecelerin adamı” və “Kadersizler” kimi filmlərdə rol almışdı.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır