Modern.az

Rauf Arifoğlunun 50 illik yubileyi qeyd olunub - FOTOLAR

Rauf Arifoğlunun 50 illik yubileyi qeyd olunub - FOTOLAR

Aktual

24 İyul 2016, 22:14

"Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun 50 illik yubileyi qeyd olunub. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, baş redaktorun iyulun 24-də keçirilən yubiley tədbirinə ölkənin siyasət, QHT və media sektoruna aid tanınmış simalar, millət vəkilləri, ictimai xadimlər, ziyalılar, media kapitanları, vaxtı ilə “Yeni Müsavat”da çalışan jurnalistlər, o cümlədən R.Arifoğlunun dostları, yaxınları və ailə üzvləri qatılıblar.

 

Paytaxt restoranlarından birində baş tutan tədbirdə məclisin aparıcısı İlhamiyyə Rza qonaqları salamlayaraq biıdirib ki, bu gün təntənəli bir hadisəyə toplaşmışıq: "Əlli yaş elə dönəmdir ki, ona çatanda ayaq saxlayıb baxmaq istəyirsən, kimlər gəlib, kimlər keçib. Bu, ciddi bir hesab dövrüdür".

 

Rauf Arifoğlu isə qonaqları salamlayaraq hər kəsə xoş gününə qatıldıqları üçün təşəkkürünü bildirib: "Əlli illik həyatımın fraqmentlərini paylaşan insanlar, sizi burada görmək çox xoşdur. Yibiley ərəfəsində qəzetimizin əməkdaşları təşəbbüs göstərdilər, bir film hazırladılar. Filmin fraqmentlərinə baxanda gördüm ki, sizin kimi insanlarla keçən anlar bir neçə il sonra tarixə çevrilir. Sizlərlə birgə keçirdiyim dəqiqələr mənim üçün şərəfdir. Təşəkkür edirəm".

 

Tədbirdə R.Arifoğlunun 50 illik yubileyi münasibəti ilə hazırlanan film də nümayiş etdirilib. Filmin müəllifləri  minval.az saytının redaktoru İlkin Zəfərli və “Yeni Müsavat” qəzetinin müxbiri Sevinc Telmanqızı da yubilyarı təbrik ediblər.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Türkiyəli millət vəkili Atilla Kaya, və başqaları R.Arifoğluya təbriklərini çatdırıblar.

 

Film təqdimatından sonra məclis musiqi ilə davam etdirilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar