Modern.az

Diyarbəkirdə 37 zabit həbs edilib

Diyarbəkirdə 37 zabit həbs edilib

24 İyul 2016, 23:38

Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra həbslər davam edir. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə Diyarbəkir vilayətində 37 jandarm zabiti həbs edilib. Həbs edilənlər arasında Diyarbəkir vilayətinin jandarm komandiri, polkovnik Hasan Ceyhun da var. İlkin məlumata görə, jandarm zabitləri aparılan ilkin istintaq prosesi zamanı verilən ifadələr əsasında saxlanılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı