Modern.az

Yerevanda polis maşını yandırıldı

Yerevanda polis maşını yandırıldı

25 İyul 2016, 00:06

İyulun 24-də axşam silahlı qruplaşmanın artıq bir həftədir Yerevanda ələ keçirdiyi post-patrul xidməti alayının ərazisində polis avtomobili yandırılıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə Yerevanın Xorenatsi küçəsində  keçirilən mitinq zamanı “Təsis parlamenti”nin üzvü Alek Yeniqomşyan məlumat verib.

Onun sözlərinə görə, artıq 22 saatdır qruplaşma üzvlərinə ərzaq məhsulu almırlar: “Onlarla əlaqə çox pisdir. Bundan əlavə, ötən gün gecədən keçəndən sonra oradakı yaralıya həkim də yaxınlaşmır. Elektrik enerjisi də yoxdur. Etiraz əlaməti olaraq alayın ərazisində polis “QAZel”i yandırılıb”.

 

İyulun 23-də girov götürülən polislərin hamısı buraxılsa da, alaya hücum edənlər təslim olmayacaqlarını bəyan ediblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir