Modern.az

Bakıda eskalator xarab oldu: qadın ölümdən döndü

Bakıda eskalator xarab oldu: qadın ölümdən döndü

25 İyul 2016, 00:17

Bakıda qadın piyada keçidində ölümdən dönüb.  Modern.az saytı criminal.az-a istinadən xəbər verir ki, ağır bədən xəsarətləri alan qadın xoşbəxtlikdən sağ qalıb. Lakin baş verən hadisə onun sifətində heç vaxt itməyəcək iz buraxıb.

 

İyulin 23-də Heydər Əliyev saryının qarşısındakı piyada keçidində eskalatorun nasaz olması nəticəsində Svetlana Petrova yıxılıb. Keçidin yuxarı qalxan eskalatoru işləmədiyindən ayaqla qalxmalı olub. Bu zaman eskalatorun pillələrindən biri qopub. Başı eskalatora çırpılan xanımın sifətindən ağır xəsarətlər alıb. Onun sifətinə xeyli sayda tikiş qoylub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir