Modern.az

Konstitusiya Məhkəməsi Azərbaycan üçün mühüm məsələyə BAXIR - YENİLƏNİB

Konstitusiya Məhkəməsi Azərbaycan üçün mühüm məsələyə BAXIR - YENİLƏNİB

25 İyul 2016, 10:19

Konstitusiya Məhkəməsi “ Konstitusiyada dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə bu gün baxacaq.  

 

Modern.az xəbər verir ki, iclas Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək.

 

2016-cı il iyulun 18-də Prezident  tərəfindən Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası iyul ayının 25-i saat 10:00-a təyin olunub.

***

Modern.az saytının məlumatına görə, artıq iclas başlayıb. 

Plenumun iclasını Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıb. O qeyd edib ki, iclası 8 hakim idarə edir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir