Modern.az

Sevgisi rədd edilən suriyalı qırğın TÖRƏTDİ: 1 ölü, 5 yaralı

Sevgisi rədd edilən suriyalı qırğın TÖRƏTDİ: 1 ölü, 5 yaralı

25 İyul 2016, 10:23

Almaniyada suriyalı qaçqınlarla bağlı yaşanan insidentlərin sayı sürətlə artır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rotingen şəhərində 21 yaşlı suriyalı onun sevgisini rədd edən 45 yaşlı qadını maçete (enli qılınc) vasitəsilə öldürüb.  

 

Öldürülən 45 yaşlı qadının Polşa vətəndaşı olduğu və hamiləliyinin 4-cü ayını yaşadığı üzə çıxıb. Hadisə zamanı daha 2 kişi və 3 qadın da xəsarət alıb.

 

Ekspertlər suriyalı miqrantların adının cinayətdə hallanmasının kanlser Angela Merkelin reytinqinə mənfi təsir göstərəcəyini yazır.

 

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir