Modern.az

Avropa Birliyindən Türkiyəyə MESAJ: “Danışıqlar dondurulacaq”

Avropa Birliyindən Türkiyəyə MESAJ: “Danışıqlar dondurulacaq”

25 İyul 2016, 10:39

Avropa Komissiyasının sədri Jan-Klod Yunker ölüm hökmünü bərpa edəcəyi təqdirdə Türkiyənin Birliyə üzvlüklə bağlı apardığı danışıqların dərhal dondurulacağını bəyan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Avropa Birliyində ölüm hökmünün qanuniləşdiyi ölkənin yeri yoxdur.

 

Xatırladaq ki, iyulun 16-da Türkiyədə bir qrup hərbçinin çevriliş cəhdi zamanı 241 nəfər həlak olmuş, 1400-dən artıq insan yaralanmışdı.

 

Hadisədən sonra prezident Rəcəb Tayyip Ərdoğan ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.

 

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?