Modern.az

TQDK apelyasiya şikayətlərinə baxacaq

TQDK apelyasiya şikayətlərinə baxacaq

25 İyul 2016, 10:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)  İyulun 23-də II və III ixtisas qrupları üzrə bu ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıb.

 

Bu barədə Modern.az-a də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdan (TQDK) məlumat verilib.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 25 iyul 2016-cı il tarixində saat 10‑dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi