Modern.az

Hərbi həkim olmaq istəyənlərin NƏZƏRİNƏ

Hərbi həkim olmaq istəyənlərin NƏZƏRİNƏ

25 İyul 2016, 10:41

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına qəbul olunmaq istəyən abituriyentlər iyulun 28-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müraciət edə bilərlər.

 

Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

 

Müsabiqədə 2016-cı ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında (Azərbaycan bölməsi) 450 və daha çox bal toplamış, 15 sentyabr 2016-cı ilə qədər 16 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər. 

Hərbi Tibb fakültəsinə qəbul olunan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar. 

Müsabiqədə iştirak etmək arzusunda olanlar qeyd olunan tarixədək Hərbi Tibb fakültəsinə müraciət etməklə müvafiq həkim komissiyasından keçməlidirlər (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36)

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər