Modern.az

Mikayıl Cabbarov Strasburqdadır  - FOTO

Mikayıl Cabbarov Strasburqdadır  - FOTO

25 İyul 2016, 10:58

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti Fransada rəsmi səfərdədir.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, səfərin əsas məqsədi İlham Əliyevin müvafiq sərəncamına əsasən, öləkədə təsis olunacaq Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaradılması prosesinin tamamlanmasıdır.

 

Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib.

 

Görüşdə Azərbaycanının ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır