Modern.az

Bu gün Azərbaycanın 2 Milli Qəhrəmanının ad günüdür

Bu gün Azərbaycanın 2 Milli Qəhrəmanının ad günüdür

25 İyul 2016, 11:32

25 iyul Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür. Əliabbas Qara oğlu İsgəndərov 1958-ci il iyulun 25-də Ağdam rayonu Kürdlər kəndində anadan olub.

O, 1991-ci ilin noyabrında Ağdam özünümüdafiə batalyonuna daxil olub, çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirib, düşmən mövqelərinin aşkar edilib dağıdılmasında xüsusi xidmətlər göstərib, 1992-ci ilin fevralında Umudlu kəndində mühasirəyə düşmüş 40 nəfər döyüşçünü xilas edib, 1992-ci il martın 4-də Qazançı kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub.

Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.

 

26 iyul Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür. Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub.


O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.

Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər