Modern.az

Rusiyada azərbaycanlı polkovnik və diaspor fəalının müəmmalı ÖLÜMÜ

Rusiyada azərbaycanlı polkovnik və diaspor fəalının müəmmalı ÖLÜMÜ

25 İyul 2016, 11:48

Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində azərbaycanlı polis polkovniki, diaspor fəalı ölüb.

 

Udmurtiya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, konqresin yaradıcılarından biri, baş sahə müvəkkili, əslən Azərbaycanın Cəlilabad rayonundan olan 1951-ci il təvəllüdlü Tofiq Haqverdi oğlu Kərimovun meyiti iki gün əvvəl yaşadığı evdə tapılıb. Meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. T. Kərimovun cənazəsi dəfn olunması üçün doğulduğu Cəlilabad rayonuna yola salınıb.

 

T. Kərimov həm polisdəki fəaliyyətinə, həm də diaspor fəaliyyətinə görə Rusiya prezidenti tərəfindən bir neçə dəfə mükafata layiq görülüb. 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?