Modern.az

Əxlaqsız yuva təşkil edən 2 şəxs TUTULDU

Əxlaqsız yuva təşkil edən 2 şəxs TUTULDU

Aktual

25 İyul 2016, 12:22

 

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 ünvanda əxaqsızlıq yuvaları aşkar edilib.

 

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Əməliyyat nəticəsində Nurlan Qaraxanovun gəlir əldə etmək məqsədi ilə Q.Qarayev prospektindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

 

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nərminə Məcidovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

 

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı