Modern.az

Parlamentin tətili bu tarixdə başa çatacaq: Referenduma görə müzakirələr OLACAQ

Parlamentin tətili bu tarixdə başa çatacaq: Referenduma görə müzakirələr OLACAQ

25 İyul 2016, 13:07

 

“Milli Məclisin ilk komitə iclası sentyabr ayının 1-dən başlayacaq. Hələ ki, ilk olaraq hansı komitənin iclasının keçiriləcəyi tam dəqiq deyil”.

 

Bu barədə Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklə bağlı parlamentin komitələrində yeni müzakirələr başlayacaq:

 

“Cənab prezidentin irəli sürdüyü “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı müvafiq komitələrdə geniş müzakirələr gözlənilir.

 

Bununla bağlı olaraq yəqin ki, bir sıra qanunvericilik aktlarında da dəyişiklik olacaq”

 

Milli Məclisin ilk plenar iclası isə komitə iclasları başa çatdıqdan sonra baş tutacaq.

 

Yəni ilk plenar iclasın sentyabrın yarısından sonra, sonuna doğru baş tutacağı gözlənilir”.

 

“Milli Məclisinin komitələri  haqqında” qanunun 3-cü maddəsinə (Komitənin işinin təşkili) əsasən, komitələr Milli Məclisin növbəti sessiyasının başlanmasına azı bir həftə qalmış növbəti sessiya üçün özünün iş planını təsdiq edir.

 

Komitənin sədri və sədr müavini Milli Məclisinin aparatı ilə birgə komitənin işini təşkil edir, komitə üzvlərini zəruri sənədlər və materiallarla təmin edir. Komitənin sədri komitənin  iş planının yerinə yetirilməsinə nəzarət edir.

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq