Modern.az

Sosinterndə Qarabağ məsələsi müzakirəyə çıxarıldı: gərginlik YAŞANDI

Sosinterndə Qarabağ məsələsi müzakirəyə çıxarıldı: gərginlik YAŞANDI

25 İyul 2016, 14:01

“Sosialist İnternasionalının (Sosintern) sammitinin iclası iyun ayının 30-da Cenevrədə başladı və iyulun 3-də başa çatıb.Mən isə ayın 4-ü Bakıya qayıtdım”. Bunu Modern.az-a açıqlamasında Sosinternin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə iclasla bağlı təəssüratlarını bölüşərkən  deyib.

 

O,iclasla bağlı danışarkən, Qarabağ məsələsinin müzakirəyə çıxarılmasına da toxunub.

 

“İclasda 160 ölkənin nümayəndələri iştirak edirdilər. Biz öz statusumuzu dəyişdik. İndi artıq tam hüquqlu üzvüyük. Orada Qarabağ mövzusunda çıxışlarımız oldu. Debatda Səməd Əlizadə iştirak edirdi. Erməniləri isə Sosinternin vitse-prezidenti Mario Malpandyan təmsil edirdi”.

 

O, həmçinin iclas zamanı ermənilərlə yaşanan gərginlikdən də söz açıb.

 

“Səməd Əlizadə Osmanlı Türkiyəsi ilə Ermənistan arasında 1918-ci ildə imzalanan “Batumi” sazişini ortaya qoydu. İş ondadır ki, 2008-ci il Cenevrədə demişdim ki, Ermənistan dövləti Azərbaycan torpağında yaranıb. O vaxtdan hər yerdə deyirdilər ki, Araz Əlizadə yalan danışır. Əllərində sənəd olsa idi ortaya qoyardılar”.

 

Bu dəfə tarix institutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərliyi ilə tarix institutunun əməkdaşlarının əldə etdiyi “Batumi” sazişinin nüsxəsini özümüzlə götürdük. İclas zamanı bu sazişi ortalığa qoyduq və hər kəs gördü ki, doğrudan da 1918-ci ildə Osmanlı Türkiyəsi ilə Ermənistan arasında danışıqlar nəticəsində İrəvan quberniyasında ermənilərə 9 min kv.m ərazi verilib ki, onlar öz dövlətlərini yaratsınlar. Azərbaycan bu danışıqlarda  üçüncü tərəf kimi iştirak etməyib.

 

Amma Azərbaycan Demokratik Respublikasının  (ADR)  rəhbərliyi buna razılığını verib. Bu sazişə görə gələcəkdə ermənilərın ayrı torpaqlara heç bir iddiaları olmamalı, quldur dəstələrini Azərbaycan ərazilərindən çəkməli idilər. Heç bir azərbaycanlı oradan sıxışdırılıb çıxarılmamalı idi. Multikulturalizm orada hökm sürməli idi və sairə. Sazişlərin heç birini erməni tərəfi yerinə yetirmədi.

 

İclas zamanı Mario Malpandyan çıxış etdi. O, adətən çox sakit, tolerant, gülərüzlü insan təsiri bağışlayırdı. Amma iclas zamanı əsl simasını göstərdi. Başladı təhqirlər etməyə. Bütün zalda oturanlar bir-birinə baxdılar ki, bu həmin Malpandyandır?!. Dedi ki, ermənilərin tarixi min ildir.

“Səməd Əlizadə burada uydurur ki, bizim dövlətimiz 1918-ci ildə yaranıb” deyə bildirdi. Səməd Əlizadə də cavab verdi ki, sizdə çox qəribə bir vəziyyət var . Dövlətinizin min il, paytaxtınız Yerevanın isə 2500 il tarixi var”.

 

Namidə BİNGÖL

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir