Modern.az

Fuad Muradov Qərb bölgəsində - FOTOLAR

Fuad Muradov Qərb bölgəsində - FOTOLAR

25 İyul 2016, 14:28

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri və Komitənin üzvləri Qərb bölgəsində səfərdə olub.

 

Əvvəlcə Qazaxda “Beynəlxalq Heydər Əliyev kuboku” uğrunda kidboksinq yarışlarında iştirak edən Komitə sədri Fuad  Muradov, Komitənin üzvləri Adil Əliyev, Şahin İsmayılov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Kamran Nəbizadə rayon rəhbərliyi və ictimaiyyətlə birlikdə yarışları izləyib, mükafatlandırma mərasimində iştirak ediblər.

 

Daha sonra Qazax rayonuna gələn nümayəndə heyəti burada gənclərlə görüşüb. 200-dən çox gəncin iştirakı ilə keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayaraq Milli Məclisin Gənclər və İdman Komitəsinə bu cür təşəbbüslə çıxış etdiyinə görə təşəkkürünü bildirib. R. Babaşov qeyd edib ki, gənclərin cəmiyyətdə xüsusi yeri var və məhz bu sıradan olan görüşlər onların daha da yüksək inkişafına xidmət edir.

 

Çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gənclər siyasəti ölkə gənclərinin bütün sahələrdə inkişafı üçün səylərini əsirgəmir.

Gənclərlə bağlı qəbul olunan qərarlar, verilən sərəncamlar, müxtəlif dövlərlə qəbul edilən Dövlət Proqramlarının əsas məqsədi də Azərbaycan gəncinin cəmiyyətdə yüksək mövqe tutmasına xidmət edir. Eyni zamanda  Milli Məclisin Gənclər və İdman Komitəsinin də yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərin sürətli davam etdiriləməsinə hesablanıb. Eyni zamanda bu gün hər bir Azərbaycan gənci üçün əsas meyar ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsi olmalıdır. Məhz bu istiqamətdə ölkə başçısının apardığı siyasət bizim üçün prioritet məsələdir.

 

Çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Adil Əliyev bildirib ki, bu gün Azərbaycan gənci istər təhsil, istər elm, istərsə də idman sahəsində öz sözünü deyib. Azərbaycan idmançılarının dünya, Avropa, Olimpiya idman yarışlarında qazandığı uğurlar, ölkəmizin bayrağını qaldırmaları təqdirəlayiqdir. Bu da Azərbaycan dövləti tərəfindən idman sahəsinə xüsusi diqqətin olmasından qaynaqlanır.

Çıxış edən rayonun deputatı Kamran Nəbizadə qeyd edib ki, gənclər bütün sahələrdə Azərbaycanın inkişafı üçün çalışmalı və dövlətimizin daha da möhkəmlənməsinə xidmət etmədirlər.

 

Gənclər adından çıxış edənlər dövlətimizin gənclər üçün yaratdığı şəraitdən məmnunluq ifadə ediblər. Həmçinin regionlarda mövcud olan bir sıra problemlər də nümayəndə heyətinin diqqətinə çatdırılıb.

 

Müzakirələr zamanı gənclər özləri üçün xarici dil kurslarının, kitab klublarının yaradılması və ya genişləndirilməsi, hərbi vətənpərvərlik məsələləri ilə bağlı layihələrin daha çox icra edilməsi üçün şəraitin yaradılması istiqamətində təkliflərlə çıxış ediblər. Görüş Komitə üzvləri gəncləri maraqlandıran  sualların cavablandırması ilə yekunlaşıb.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?