Modern.az

Türkiyədə 11 jurnalist ölkədən qaçdı

Türkiyədə 11 jurnalist ölkədən qaçdı

25 İyul 2016, 14:35

 

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinə görə barələrində həbs qərarı çıxarılmış jurnalistlərdən 11 nəfərinin ölkədən qaçdığı bəlli olub.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, jurnalistlərdən 8 nəfəri Türkiyədə Fətullahçıların uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı istintaq aparıldığı müddətdə ölkədən gedib.

 

Həmin media mənsubları Abdullah Abdülkadir, Bilal Şahin, Bülent Ceyhan, Fatih Akalan, Fatih Yağmur, Kamil Maman, Mahmut Hazar və Selahattin Selvidir.

 

Digər 3 jurnalist isə Ahmet Dönmez, Turan Görüryılmaz və Ufuk Emin Köroğlu isə iyulun 15-də əvvəl Türkiyədən çıxıb.

 

Xatırladaq ki, İstanbul Prokurorluğu dövlət çevrilişi cəhdinə görə aparılan istintaq tədbirləri çərçivəsində aralarında tanınmış jurnalist Nazlı Ilıcakın da olduğu 42 jurnalistin saxlanılmasına qərar verib. 

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir