Modern.az

Komitə sədri veteran müəllimləri dinlədi - FOTO

Komitə sədri veteran müəllimləri dinlədi - FOTO

Aktual

25 İyul 2016, 14:46

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deputat seçildiyi 74 saylı dairənin pensiyada olan, veteran müəllimlərinin bir qrupu ilə görüş keçirib.

 

Görüşdə müəllim-cəmiyyət, müəllim-şagird və müəllim-hökumət münasibətləri geniş müzakirə edilib.

 

Bir iqtisadi sosial sistemdən digərinə keçid dövrü yaşamış bu insanlar sosial reallıqla ictimai şüurun münasibətlərindən danışıb, son 25 ildə ölkədə aparılan tikinti, quruculuq, abadlıq, iqtisadi inkişaf və sosial rifah məsələlərinin müsbət həllindən geniş söhbət açıblar.

 

Onlar qeyd ediblər ki, Heydər Əliyev dühasının yaratdığı sabitlik bazasında qurulan sosial rifah dövlətinin müsbət elementlərini hər addımda hiss etməkdədirlər.

 

Onu da vurğulayıblar ki, ölkənin hərtərəfli inkişafı ilə yanaşı sosial müdafiə sistemində də atılan müsbət addımlar sonradan yeni arzu və istəklərin yaranmasına gətirib çıxaracaq. Bu da tələbatla-təminatın düz mütənasib olduğu sosial qanunauyğunluqdur.

 

Çıxış edən veravul kənd məktəbindən Ayaz Neymətov, Viyən kənd məktəbindən Əbdül Cəfərov, Osaküçə kənd məktəbindən İsmayıl Əliyev və digərləri ölkə başçımız cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmış və ona uzun ömür can sağlığı diləyiblər.

 

Daha sonra söhbət nahar süfrəsi arxasında davam etdirilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar