Modern.az

Ərdoğan müxalifət liderləri ilə bir araya gəldi - FOTO

Ərdoğan müxalifət liderləri ilə bir araya gəldi - FOTO

25 İyul 2016, 16:15

 Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, bu dəqiqələrdə Ankarada Beştəpə məhəlləsindəki prezident sarayında davam edən görüşdə ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı iştirak edirlər.

 

Bu prezident Ərdoğanın öz sarayında iki müxalifət lideri ilə birlikdə ilk görüşüdür.  

 

Görüşdə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Binali Yıldırım da iştirak edir.  

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?