Modern.az

YAP ümumrespublika müşavirəsi keçirdi

YAP ümumrespublika müşavirəsi keçirdi

Aktual

25 İyul 2016, 17:51

 

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

 

Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

 

Müşavirədə YAP-ın yarımillik fəaliyyətinin nəticələri müzakirə edilib, habelə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə "Azərbaycan  Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı ilə əlaqədar partiyanın qarşısında duran vəzifələr nəzərdən keçirilib.

 

Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusyon təminatının daha da gücləndirilməsinə, demokratik təsisatlarının fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir.

 

Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının uyğun olduğu qeyd olunmuş, eyni zamanda Referendumun keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilib.

 

Həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verilib.

 

Ağa AKİFOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?