Modern.az

Jurnalistlər Müdafiə Nazirliyinin təlimlərini izləyib

Jurnalistlər Müdafiə Nazirliyinin təlimlərini izləyib

25 İyul 2016, 17:49

Ekstremal jurnalistlərin təcrübə poliqonunda təlimləri davam edir.

 

Modern.az xəbər verir ki, Dinc Dünya Araşdırmalar Mərkəzi, Prezident yanında QHT-yə Dəstək Fondunun və Müdafiə Nazirliyin dəstəyi ilə həyata keçirilən təlimin ilk mərhələsində ölkə mediasının 25 nümayəndəsi iştirak edib.

 

Təlimlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilir.

 

Media nümayəndələri hərbi hissədə təlim tədris fəaliyyəti ilə yaxından tanış olublar. Jurnalistlərə artileriya bölmələrinin döyüş fəaliyyəti, topçuların həyəcan siqnalı ilə qaldırılması təlimləri göstərilib. Təlim ərəfəsində praktiki olaraq hərbiçilərin düşmən hücumunun qarşısının alınması təlimləri ilə jurnalistlər yaxından tanış olublar.

 

Ekstremal şəraitlərdə jurnalistlərin hansı mövqedən daha təhlükəsiz çəkiliş aparmaq imkanının olması, hərbi texnikalardan kənarda işlərinin davam etdirmələri ilə tapşırıqlar verildi. Təlim ərəfəsində jurnalistlər adsız yüksəkliklərdə düşmənin təmas xəttini müşahidə etmək imkanı qazanıblar. Layihə rəhbəri, Dinc Dünya Araşdırmalar Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyevin sözlərinə görə jurnalistlər üçün bu təlimim həyata keçirilməsi ölkədə peşəkar hərbi jurnalist yetişdirməkdir: "Ekstremal situasiyalarda işləyən jurnalistlər yetişdiririk. Təlimin ilk hissəsi iyul 23-dən 31-dək davam etdiriləcək. Təlimlərin ardıcıl olaraq, növbəti illərdə də həyata keçirilməsi planlaşdırılır".

 

Təlim zamanı N saylı hərbi hissənin komandiri jurnalistlərə düşmənlə üzbəüz olan əsgərlərlə davranış qaydaları və onların ixtisaslaşdırılmasının hansı qaydada aparılmasından söz açıb: "Hər bir əsgəri ixtisaslaşdırmaq üçün ilk öncə savadlı kiçik zabit heyəti olmalıdır. Yüksək rütbəli zabit kiçik rütbəli zabitlərə ixtisas dərslərinin keçirilməsi ilə əlaqədar öz tapşırıqlarını verir. Əsgər hərbi də ən kiçik rütbəli şəxsdir. Kiçik zabitlər əsgərlərin ixtisaslaşmasında çox böyük rol oynayırlar. Əsgər ilk növbədə savadlı daha sonra təcrübəli olmalıdır.  Postda xidmət edən əsgər hər gün gündəlik olaraq fiziki idmanla məşğul olmalıdır. Bundan əlavə düşmənlə üzbəüz dayanmağımıza baxmayaraq, kənd əhalisi də qorxmadan, çəkinmədən neçə ildi burada yaşayır".

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər