Modern.az

Bu qəzetlərə pul ayrıldı - SİYAHI

Bu qəzetlərə pul ayrıldı - SİYAHI

25 İyul 2016, 17:59

 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Prezidentin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.

 

Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

 

Müşahidə Şurasının qərarı əsasında birdəfəlik maliyyə yardımı ayrılmış qəzetlərin siyahısını təqdim edirik:

 

Nəşrin adı

Ayrılmış məbləğ

1.

"Azərbaycan” qəzeti

40.000 AZN

2.

"Bakinski raboçi” qəzeti

40.000 AZN

3.

"Bakı Xəbər” qəzeti

40.000 AZN

4.

"525-ci qəzet”

40.000 AZN

5.

"Ekspress” qəzeti

40.000 AZN

6.

"Ədalət” qəzeti

40.000 AZN

7.

"Xalq qəzeti”

40.000 AZN

8.

"İki sahil” qəzeti

40.000 AZN

9.

"Kaspi” qəzeti

40.000 AZN

10.

"Kaspiy” qəzeti

40.000 AZN

11.

"Mövqe” qəzeti

40.000 AZN

12.

"Olaylar” qəzeti

40.000 AZN

13.

"Palitra” qəzeti

40.000 AZN

14.

"Respublika” qəzeti

40.000 AZN

15.

"Səs” qəzeti

40.000 AZN

16.

"Şərq” qəzeti

40.000 AZN

17.

"Şərq qapısı” qəzeti

40.000 AZN

18.

"Yeni Azərbaycan” qəzeti

40.000 AZN

19.

"Yeni Müsavat” qəzeti

40.000 AZN

20.

"Azad Azərbaycan” qəzeti

30.000 AZN

21.

"Bizim yol” qəzeti

30.000 AZN

22.

"Exo” qəzeti

30.000 AZN

23.

"Həftə içi” qəzeti

30.000 AZN

24.

"Xalq Cəbhəsi” qəzeti

30.000 AZN

25.

"Novoye vremya” qəzeti

30.000 AZN

26.

"Paralel” qəzeti

30.000 AZN

27.

"Üç nöqtə” qəzeti

30.000 AZN

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır