Modern.az

Milli Məclisin səlahiyyət müddəti azaldıla bilər

Milli Məclisin səlahiyyət müddəti azaldıla bilər

Hadisə

25 İyul 2016, 18:42

Milli Məclisin növbədənkənar seçkilərdən sonra səlahiyyət müddəti 5 ildən az ola bilər.

Məlumata görə, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarında deyilir.

Qərara əsasən, Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif edilən 981-ci maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi də məqsədə müvafiq hesab edilib: “Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar