Modern.az

XİN-in keçmiş diplomatı Azərbaycan xalqını “Facebook”da təhqir etdi – FOTOFAKT

XİN-in keçmiş diplomatı Azərbaycan xalqını “Facebook”da təhqir etdi – FOTOFAKT

25 İyul 2016, 19:49

Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, 2015-ci il seçkilərində Qax rayonundan deputatlığa namizəd olmuş Paşa Məmmədov (Ilisuyski) Azərbaycan xalqını və dünya azərbaycanlılarını təhqir edib.

 

Modern.az xəbər verir ki, Paşa Məmmədov “Facebook”dakı şəxsi səhifəsində Türkiyədəki reklam çarxlarından birində “nə mutlu ermeniyim” ifadəsinin yer almasına reaksiya verib.

 

O, “nə mutlu 80 min olaraq, 78 milyona öz milli mənsubiyyətini saydıranlara” deyərək erməniləri tərifləyib. Daha sonra isə keçmiş vitse-konsul dünya azərbaycanlılarını qeyri-etik ifadə ilə təhqir edərək baş verənlərə görə, günahı özümüzdə axtarmalı olduğumuzu yazıb.

 

Xatırladaq ki, Paşa Məmmədov Ukraynada biznes fəaliyyəti ilə məşğul olub. Bundan öncə isə Azərbaycanın diplomatik xidmətində olub. 2009-2010-cu illər ərzində Azərbaycanın Dubaydakı vitse-konsulu vəzifəsini icra edib.

 

Modern.az Paşa Məmmədovun qalmaqallı statusunu təqdim edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi