Modern.az

Ərdoğanın olduğu mehmanxanaya hücum edən 4 xüsusi təyinatlı saxlanılıb

Ərdoğanın olduğu mehmanxanaya hücum edən 4 xüsusi təyinatlı saxlanılıb

25 İyul 2016, 20:31

Türkiyə polisi hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın olduğu mehmanxanaya hücum edən Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin saxlanılması üçün əməliyyat keçirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, dörd xüsusi təyinatlı saxlanılıb. Prezidentin olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin sayının isə 17 nəfər olduğu bildirilir.

 

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etməkdə günahlandırılaraq tutulan hərbçilərin sayı 7-yə çatıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi