Modern.az

Yaşayış binası yandı: 38 nəfər öldü

Yaşayış binası yandı: 38 nəfər öldü

25 İyul 2016, 20:45

Madaqaskar hökuməti ölkənin mərkəzi hissəsində yaşayış binasında qeydə alınan dəhşətli yanğının səbəbi ilə bağlı araşdırmaya başlayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, hadisə zamanı 16-sı uşaq olmaqla 38 nəfə ölüb.

 

Yerli polisin verdiyi xəbərə görə, Ambalavatu kəndindəki yanğın burada təmiri başa çatan evlə bağlı bayram keçirilən zaman qeydə alınıb. Yanğın zamanı evdə 39 nəfər olub, onlardan yalnız bir nəfər sağ qalıb. Ölənlərin ən balacası 6 aylıq uşaqdır.

 

Ehtimal edilir ki, yanğın bayram yeməyi bişirilməsi zamanbı istifadə olunan kömürdən yaranıb. Bu zaman evdəkilər oranı tez tərk edə bilməyiblər. Buna səbəb isə çıxış qapısının çölə tərəf deyil özlərinə tərəf çəkməli idilər.

 

Yardıma qaçan kənd sakinləri də heç bir tədbir görə bilməyiblər. Yalnız 14 yaşlı yeniyetmə pəncərədən atılaraq xilas ola bilib. Ölənlərin böyük əksəriyyətinin bir ailənin üzvləri olduğu bildirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir