Modern.az

Şotlandiya Britaniyadan ayrılmağa hazırlaşır

Şotlandiya Britaniyadan ayrılmağa hazırlaşır

25 İyul 2016, 21:11

Şotlandiyanın birinci naziri Nikola Sterdjan iyun ayında Avropa İttifaqından çıxmaqla bağlı keçirilən referendumdan sonra Böyük Britaniyadan ayrılmağa hazırlaşmaq niyyətindədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, şotlandiyalıların böyük əksəriyyəti Avropa İttifaqında qalmağın lehinə olublar və bu da Şotlandiyanın gələcəkdə Birləşmiş Krallığın bir hissəsi olub-olmaması haqda diskussiyaları yenidən gündəmə gətirib.

 

İki il əvvəl Şotlandiya Böyük Britaniyanın tərkibində Avropa İttifaqının üzvü kimi qalmağı seçib: “Əgər bizə aydın olsa ki, maraqlarımız Birləşmiş Krallıq kontekstində müdafiə olunmur, Şotlandiya üçün müstəqillik seçimlərdən biri olacaq”.

 

İyun ayında keçirilən sorğuda ictimai rəy belə olub: şotlandların 44,7 faizi müstəqilliklə bağlı təkrar referendumu dəstəkləməyiblər. Yalnız 41,9 faiz “hə” cavabı verib.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır