Modern.az

Biləsuvarda ağır qəsa: 5 yaralı

Biləsuvarda ağır qəsa: 5 yaralı

25 İyul 2016, 21:47

Biləsuvarda yol qəsazı baş verib.  Modern.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 55 yaşlı Raisa Həsənağa qızı Ağayeva, 20 yaşlı Arzu Məmməd qızı Əlayə, 53 yaşlı Natəvan Əziz qızı Bayramova, Masallı rayon sakinləri - 26 yaşlı Nigar Məmməd qızı Məmmədova və 7 yaşlı Nəzrin Anar qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstəxanada onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər