Modern.az

Messi Barselonada restoran açdı

Messi Barselonada restoran açdı

Aktual

25 İyul 2016, 22:27

“Barselona” futbol klubunun lideri Lionel Messi Kataloniya paytaxtında “Bellavista del Jardin del Norte” adlı restoranını açıb. Modern.az xarici mediaya istinadən bildirir ki, qiymətlər  kifayət qədər demokratikdir.

Burqeri 6,5 avroya, kartof frisini isə 3,25 avroya yemək mümkündür. 0,33 həmcə pivə 2,8 avroya satılır. Ən ucuz şərab şüşəsi 15 avroya başa gəlir.

Burada təkcə yemək-içmək yox, eyni zamanda stolüstü futbol oynamaq və böyük ekranda oyunlara baxmaq da mümkündür.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!