Modern.az

Ərdoğan Kılıçdaroğlu ilə bir arada

Ərdoğan Kılıçdaroğlu ilə bir arada

25 İyul 2016, 23:12

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Prezident Sarayında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri və baş nazir Binalı Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının iştirakı ilə keçirilən iclasda 15 iyul dövlət çevrilişi təşəbbüsü müzakirə olunub və bundan sonrakı prosesə dair mövzularda fikir mübadiləsi aparılıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki,bu haqda prezidentin sözçüsü İbrahim Kalın məlumat verib.

Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın liderlərlə görüşündə, “Fetullahçı Terror Təşkilatı” (FETÖ), PKK və digər təhlükəsizlik təhdidlərinə qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini görüntüsü də ortaya çıxıb.

“Cənab prezidentimiz 15 iyul gecəsi çevrilişə qarşı demokratiya, azadlıq və qanunun aliliyindən yana açıq və aydın bir mövqe nümayiş etdirmələrindən dolayı partiya liderlərinə təşəkkür edib və bu birlik və bərabərlik ruhunun hər cür problemin öhdəsindən gəlmək üçün ən mühüm güc qaynağımız olduğunu vurğulayıb”, - İbrahim Kalın deyib.

Bundan əlavə məlum olub ki, prezident Ərdoğan Taksim mitinqi münasibətilə CHP sədri Kamal  Kılıçdaroğlunu təbrik də edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?