Modern.az

Meymunlar referenduma hazırlıq qərargahına hücum etdi

Meymunlar referenduma hazırlıq qərargahına hücum etdi

25 İyul 2016, 23:46

Tailandın şimalındakı Pxiçit əyalətində yüzə yaxın meymun ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referenduma hazırlıq qərargahına basqın edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, meymunlar səsvermə üçün nəzərdə tutulan bülletenləri cırıq-cırıq ediblər.

 

Hücum zamanı nə qədər sənədin korlandığını məmurlar dəqiqləşdirə bilmirlər. “Bu heyvanlar çox qəzəbli idi, hər şeyi məhv etdilər”, - regional seçki komissiyasının rəhbəri Prayun Çakpaçarakul deyib.

 

Yerli sosial şəbəkələrdə artıq zarafatlar da yayılıb. Belələri qeyd edirlər ki, meymunları hazırda qaçqınlıqda yaşatan Tailandın keçmiş baş naziri Taksin Çinavata göndərib.

 

Tailandda Konstitusiya referendumu avqustun 7-də keçiriləcək. Əsas qanunda hərbçilərin hakimiyyətinin gücləndiriləmsi, hökumət rəhbərinin seçki prinsipinin ləğvi, Senatın yarısı təyin olunacaq, eləcədə Tailandda ənənvi olaraq hərbçilərin mövqeyini tutan məhkəmələrin rolu artırılması nəzərdə tutulur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir