Modern.az

Pakistan taliblərinin lideri öldürülüb

Pakistan taliblərinin lideri öldürülüb

26 İyul 2016, 00:23

Pakistanda taliblərin lideri Manqal Baqx məhv edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidentinin müşaviri Xənif Atmar məlumar verib.

 

Onun sözlərinə əsasən, Manqal Baqxın zərərsizləşdirilməsi barədə məlumatı Birləşmiş Ştatlar da təsdiq edib.

 

Bildirilir ki, Pakistan taliblərinin lideri ötən gecə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürülüb.

 

Bundan əvvəl ABŞ Əfqanıstanda 134 uşağın ölümündə günahkar sayılan “Taliban” lideri Umar Xəlifəni zərərsizləşdirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub