Modern.az

Yanğında iki nəfər zəhərlənib: 20 nəfər təxliyə edilib

Yanğında iki nəfər zəhərlənib: 20 nəfər təxliyə edilib

26 İyul 2016, 01:02

Paytaxtın Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın vətəndaşa məxsus ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzildə başlayıb. Nəticədə evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı binanın 8-ci mərtəbəsində yaşayan bir qadın azyaşlı övladı ilə tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi