Modern.az

Hərbçi oğlu 700 bal topladı - FOTO

Hərbçi oğlu 700 bal topladı - FOTO

26 İyul 2016, 09:51

 

II və III ixtisas qruplarının abituriyentləri üçün bu il keçirilən qəbul imtahanlarında 700 bal toplayanlardan biri də İsayev Elvin Manaf oğludur. O, III ixtisas qrupu üzrə maksimum nəticə göstərib.

 

Modern.az-ın xəbərinə görə, İsayev Elvin hərbçi ailəsində doğulub, boya başa çatıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirdiyi imtahanda 4 nəfər 700 bal toplayıb.

 

 

Hədəf kurslarında 9-10-11-ci siniflərdə hazırlaşaraq Elvin bu yüksək nəticəsini göstərib.

 

 

Xatırladaq ki, bu ilin qəbul imtahanlarınmda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərib.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir