Modern.az

700 bal yığan daha bir abituriyent HAQDA...

700 bal yığan daha bir abituriyent HAQDA...

26 İyul 2016, 10:01

II və III ixtisas qrupları üçün bu il keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Fərid Hüseynovdur.

 

Modern.az-ın xəbərinə görə, Fərid Hüseynov iyulun 23-də II ixtisas qrupu üzrə keçirilən imtahanda maksimum nəticə göstərib.

 

 

O, Bakı Türk Liseyinin 14-cü 700 bal toplayanı olub.  

 

Fərid Hüseynov Hədəf kurslarında 9-10-11-ci siniflərdə hazırlaşaraq yüksək nəticəni göstərib.

 

Xatırladaq ki, bu ilin qəbul imtahanlarınmda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərib.

 

Ağa AKİFOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi