Modern.az

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulub - SİYAHI

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulub - SİYAHI

26 İyul 2016, 10:05

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti 
məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını açıqlayıb.

 

Bu haqda nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

İyulun 25-nə olan məlumata görə, vergi borcunu ödəməyə görə ölkədən çıxışı məhdudlaşdırılanların sayı 283 nəfərdir.

 

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı isə 313-dür.

 

Onların içərisində "Qaradağ tikinti materialları” ASC, "Qarant tikinti” MMC, "DELTA-08" MMC, “Bakı futbol klubu” MMC, “Sonalar Sonası” MMC, "Akkor Hydrotechnıcal Construction” MMC və başqa icra orqanlarının rəhbərinə ölkədən çıxışına qadağa qoyulub.

 

Qeyd edək ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi  vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Tam siyahı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

//www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf

//www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf

 

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı