Modern.az

23 ildən sonra görüşən KƏLBƏCƏRLİ məktəblilər - FOTOLAR

23 ildən sonra görüşən KƏLBƏCƏRLİ məktəblilər - FOTOLAR

Aktual

26 İyul 2016, 10:11

Qarabağın işğalı ilə itirdiklərimiz təkcə torpaqlarımız, mədəniyyət abidələrimiz deyil. Müharibə həm də o torpaqlardan didərgin düşən 1 milyona yaxın insanın taleyində sağalmaz izlər buraxıb. Bu sayda insan öz həyat düzənini itirib. Bir günün içərisində bir sinifdə oxuyan, bir kənddə, bir qəsəbədə yaşayan 100 minlərlə insan biri-birindən aralı düşüb. O insanların bəziləri illərdir biri-birindən xəbərsiz, hərəsi ölkənin bir bölgəsində yaşayır. Halbuki bir zamanlar onlar o qədər doğma, o qədər yaxın olublar ki...

 

Amma illər sonra biri-birini axtarıb tapanlar da var. Bu günlərdə 24 il öncə ayrıldığı və 8 il birlikdə oxuduğu sinif yoldaşları ilə görüşən tanınmış jurnalist Xalid Vahidoğlu öz feysbuk səhifəsində maraqlı bir status paylaşıb.

“İlk parta yoldaşlarımla cəmi 9 il birlikdə oxuduq. Sonraki iki ildə isə həyat məni 7 məktəb dəyişməyə məcbur etdi. İlk dəfə bu uşaqlarla parta arxasında oturduğum Başlıbel kənd orta məktəbi ucqar bir dağ kəndinin məktəbi idi. Amma sözün həqiqi mənasında MƏKTƏB idi. Fəaliyyət göstərdiyi illərdə yüzlərlə ziyalı yetişib o məktəbdə. İndi isə yalniz internet üzərindən o məktəbin uçuq divarlarına baxa bilirik”.

Daha sonra jurnalist oxuduğu Kəlbəcər rayon Başlıbel kənd orta məktəbinin həyətində çəkilən bir şəklin altında yazır:

“Bu da 31 il öncə. 14 yaşımadək olan yeganə şəkil. Mən Kəlbəcərdə təkcə torpağımı deyil, həm də uşaqlığımı və onu mənə xatırladacaq bütün şəkillərimi itirmişəm. Bizə əlifbanı öyrədən Həsən müəllimi rəhmətlə anırıq”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı